Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin fonduna “SOCAR Midstream Operations” MMC tərəfindən 8 adda 290 nüsxə kitab hədiyyə olunub.
Bu barədə "Tehsil.biz"ə Azİİ e-Kitab Evindən məlumat verilib.
Bildirilib ki, həmin kitabların sırasında “İqtisadi inkişaf”, “Ali makroiqtisadiyyat”, “Beynəlxalq siyasi iqtisad”, “Riyazi analizlə orta səviyyəli mikroiqtisadiyyat: Müasir yanaşma”, “Üzvi kimya”, “Kimya mühəndisliyi dizaynı” və digər nəşrlər yer alır.
Kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri “SOCAR Midstream Operations” MMC və onun Cənubi Qafqaz boru Kəməri layihəsindəki tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb.