Logo

“Nine Senses” incəsənət mərkəzində “Həyat dairəsi” sərgisi olacaq

09.09.2023 16:30 345 baxış
IMG

“Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” sərgisi olacaq.

Sentyabrın 10-da keçiriləcək bu sərginin iştirakçıları mistik mandal dünyasına səyahət etmək üçün unikal imkan əldə edəcək, həmçinin səs terapiyaları sessiyalarına qatılacaq və sərbəst rəqs təcrübəsini öyrənəcəklər.

Sərgi saat 18:00-da açılacaq. Eyni zamanda, proqramda başqa tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Belə ki, tamaşaçılara musiqiçi və səs terapevti İlhamə Babayevanın səs hilinq-sessiyası təqdim ediləcək.

Tədbir saat 20:00-da sərbəst rəqs praktikası ilə başa çatacaq.

Xəbər lenti