Sentyabrın 20-də Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Pekka Heinonen “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Pekka Heinonen ilə təhsildə liderlik barəsində danışılacaq.
Pekka Heinonen Finlandiyanın elm və təhsil naziri, Finlandiya Milli Təhsil Agentliyinin baş direktoru vəzifələrində çalışıb.
Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.