2023-2024-cü tədris ilində tikintisi aparılacaq məktəblərin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, sentyabrın 15-dək nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.
2023-cü ilin sonunadək isə nazirliyin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.
Qeyd olunub ki, son 3 ildə ölkədə 275 yeni məktəb tikilib. Qəzalı məktəblərin sayı 30 faiz azalaraq 654-ə enib.