11 sentyabr 2023-cü il tarixində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Biliyin və öyrənmənin idarəedilməsi sistemləri” mövzusunda Dövlət İmtahan Mərkəzinin (DİM) 15 əməkdaşının iştirak etdiyi təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimin məqsədi dövlət qulluğu sisteminin gələcək inkişafı üçün biliyin və öyrənmənin idarəedilməsi sistemlərinin alətlərindən istifadə üzrə praktiki bacarıq və anlayışlara dair məlumat vermək olub.
Təlim zamanı layihənin ekspertləri Eduard Zaxarçenko və Gülzar Quliyeva tərəfindən dövlət orqanlarında biliyin və öyrənmənin idarəedilməsi sistemləri vasitəsilə peşəkar inkişafın təmin edilməsi, insanlar, proses və texnologiya arasında düzgün balansın saxlanılması mövzuları ətrafında geniş müzakirə aparılıb.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.