Logo

BMU-da İsrailin Ariel Universitetinin professor və tələbə heyəti ilə görüş keçirilib

12.09.2023 23:17 384 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İsrailin Ariel Universitetinin Yaxın Şərq və politologiya fakültəsinin 25 nəfərlik professor və tələbə heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova universitet haqqında təqdimatla çıxış edib və qonaqları maraqlandıran sualları cavablandırıb.

Aparılan müzakirələr zamanı gələcək əməkdaşlıq, tələbə və müəllim mübadiləsi kimi məsələlər nəzərdən keçirilib.

Sonra qonaqlar BMU-nun maddi-texniki bazası ilə yaxından tanış olublar.

Xəbər lenti