Logo

Milli Azərbaycan Tarixi Muzeyi beynəlxalq əlaqələrini genişləndirir

13.09.2023 10:54 388 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyi və Moldova Milli Tarix Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Moldova Milli Tarix Muzeyinin direktor müavini Liviya Sirbunun iştirak etdiyi imzalanma mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, elmi əlaqələrindən bəhs edib.

Sonra mədəni irsin qorunması, təbliğatı, elmi və mədəni əlaqələrin genişləndirilməsinə dair memorandum imzalanıb.

Xəbər lenti