Logo

Təhsil İnstitutu: "3 iddiaçı elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olub"

13.09.2023 11:28 305 baxış
IMG

Təhsil İnstitutunda 2023-cü il üçün elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən iddiaçılar üçün müsahibə təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İnstitutun direktoru kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun iştirakı ilə dörd komissiyada təşkil olunmuş müsahibələrdə 6 iddiaçı iştirak edib.

Müsahibə komissiyasının qərarına əsasən, elmlər doktoru proqramı üzrə 3 iddiaçı doktoranturaya, 1 iddiaçı dissertanturaya qəbul olunub, 1 nəfər isə müsahibədən keçməyib.

Xəbər lenti