Logo

Azərbaycan alimi MDB ölkələrinin Nəbatat Bağlarının 6-cı Konqresində iştirak edir

13.09.2023 16:45 309 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova Sankt-Peterburqda MDB ölkələrinin Nəbatat Bağlarının 6-cı Konqresində iştirak edir.

Bu barədə "Tehsil.biz"ə Dendrologiya İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, o, konqresdə Dendrologiya İnstitutunun 2022–ci il üzrə yekun hesabatını təqdim edib. Alim Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş “XXI əsrdə botanika bağlarında fundamental və tətbiqi problemlər” adlı beynəlxalq elmi konfransda isə “Azərbaycanın təbiət qoruqlarına iqlim dəyişikliyinin təsirinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Konqres Rusiya Elmlər Akademiyası, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyaları yanında MDB ölkələrinin Nəbatat Bağları Şurası, Rusiya, Belarus, Qazaxıstan Nəbatat Bağları şuralarının təşkilatçılığı ilə həyata keçirilir.

Xəbər lenti