Logo

Yenidən qurulan peşə məktəblərinin adları açıqlanıb

13.09.2023 17:26 196 baxış
IMG

2023-2024-cü tədris ilində yenidən qurulan peşə təhsili müəssisələrinin adları açıqlanıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi yekunlaşıb.

Lənkəran Peşə Liseyi, Mingəçevir Peşə Məktəbi və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi davam etməkdədir.

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba peşə liseyləri isə layihələndirmə mərhələsindədir.

Xəbər lenti