Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası tərəfindən “15 sentyabr - Bilik Günü” adlı kitab sərgisi hazırlanıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, sərgidə Azərbaycanın təhsil sistemi, təhsil tarixi, təhsilin inkişaf strategiyası və s. mövzularda 40-a yaxın kitab yer alıb. Burada, eyni zamanda, BDU-nun tarixi inkişaf yolundan, ölkəmizdə ali təhsil sisteminin qurulmasında və elmin tərəqqisində oynadığı müstəsna rolundan bəhs edən “Bakı Dövlət Universiteti – 100 ilin elm və təhsil məbədi”, “Bakı Dövlət Universiteti – elmi fəaliyyət və uğurlar” adlı nəşrlər də nümayiş olunur.