Logo

Bu gün Azərbaycanda Bilik Günüdür

15.09.2023 00:00 365 baxış
IMG

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

Tehsil.biz xəbər verir ki, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Yeni tədris ilində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Xəbər lenti