Logo

Bakıda məktəbin qarşısında bıçaqlanma olub

15.09.2023 09:24 222 baxış
IMG

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 90 nömrəli tam orta məkətbin qarşısında 1992-ci il təvəllüdlü Əsgərov İsmayıl Nəriman oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib.

Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti