Logo

BDU tələbəsi gənclər arasında şotokan karate üzrə dünya çempionu olub

15.09.2023 14:04 301 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Yavərbəy Abdullayev 8-10 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında şotokan karate üzrə XIII Dünya Çempionatının qalibi olub.

Tehsil.biz xəbər verir ki, BDU tələbəsi 18-21 yaşlı gənclər arasında, 84+ çəkidə mübarizə aparıb və I yerə layiq görülüb.

Qeyd edək ki, Yavərbəy Abdullayev 10 ildir Karate üzrə Azərbaycan millisinin üzvüdür.

Xəbər lenti