2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyi vətəndaşlara yeni xidmətlər təqdim edəcək.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, “myGov” elektron hökumət portalına “Cari təhsil barədə arayışlar” xidməti əlavə olunacaq.
Elm və Təhsil Nazirliyinin rəsmi saytında “Live chat” xidməti istifadəyə veriləcək.
Həmçinin 6 regional təhsil idarəsində Çağrı Mərkəzi fəaliyyət göstərəcək.