Logo

Payız semestrində 4 minə yaxın tələbə təhsil krediti alıb

15.09.2023 17:56 195 baxış
IMG

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, payız sessiyası üzrə 3630 nəfərə TTK verilib.

Onların arasından 1158 nəfərin müraciəti sosial TTK, 2472 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti