Logo

Maliyyə-İqtisad kollecinə sənəd qəbulu 12 oktyabradək davam edəcək

08.10.2020 09:41 982 baxış
IMG

2020/2021-ci tədris ili üzrə sənəd qəbulu prosesinin reallaşdırılması üçün UNEC-də online proqram təminatı hazırlanmışdır. Abituriyentlər aşağıda qeyd olunan sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az)  daxil olaraq  tələbə kabineti  qeydiyyat bölməsinə keçid almaqla  (kabinet.unec.edu.az)  sistemə yükləməlidir. Sənədlərin elektron versiyasını  sistemə  yükləməzdən öncə təlimat və video materialla tanış olmanız tövsiyə olunur.

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı  üçün tələb olunan sənədlər:

1. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Təhsil haqqında sənəd – Attestatın əsli;
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
5. Sağlamlıq haqqında tibbi arayış;
6. Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).
*
QEYD: ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlər:

1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

2. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları –  Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti.

3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar – Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

4. Şəhid ailəsinin üzvü olan abituriyentlər–

  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

*
QEYD:
18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın sürəti notarial qaydada təsdiq edilməlidir.(Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

Sənədlər 12.10.2020 -ci il tarixinədək qəbul edilir.

Qeyd: Abituriyentlər Karantin bitdikdən sonra göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Əlaqə nömrəsi: +994124931783
https://www.facebook.com/maliyye.iqtisad.kolleci/
Online Sənəd Qəbulu ilə bağlı video təlimat

Xəbər lenti