Logo

UNEC ilə “Ekvita Consulting” arasında əməkdaşlıq memorandumu imzalanıb

16.09.2023 14:31 229 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ekvita Consulting”in maliyyə dəstəyi ilə müasir standartlara uyğun təmir edilmiş auditoriyanın açılışı olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Təhsilə verdiyi önəm və UNEC-ə göstərdiyi diqqət üçün “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehtiyə təşəkkürünü bildirən rektor Ədalət Muradov göstərilən təşəbbüsün mənəvi dəyər daşıdığını vurğulayıb. Ədalət Muradov bu təşəbbüsün tələbələrin daha yaxşı təhsil almaları üçün motivasiya olacağını deyib.

İlqar Mehti UNEC-də tələbələrin yüksək bilik və bacarıqlara yiyələnmələri üçün ən müasir təcrübələrə əsaslanan yeniliklərin tətbiq olunmasını yüksək qiymətləndirib. Rəhbəri olduğu şirkətdə çalışan əməkdaşların 50 faizinin məhz UNEC-in məzunları olduğunu diqqətə çatdırıb.

Açılışdan sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, UNEC-in 5 tələbəsi “Ekvita Consulting”də ödənişli təcrübə keçmək imkanı əldə edəcək. Şirkət tərəfindən UNEC tələbələri üçün təqaüd proqramlarının təşkili, sertifikatlı təlimlərin və praktiki məşğələlərin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti