11 – 15 sentyabr 2023-cü il tarixlərində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”; “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə növbəti təlimlər baş tutub.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, təlimlər zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.