Logo

Azİİ e-Kitab Evində fonda daxil olan yeni kitabların sərgisi açılıb - FOTO

16.09.2023 21:04 226 baxış
IMG

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində fonda daxil olan yeni kitabların sərgisi açılıb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Sərgidə 2023-cü tədris ilində Azİİ e-Kitab Evinə daxil olmuş və müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, iqtisadi, statistik göstəricilər, jurnallar və digər materiallar nümayiş olunur. Kitablar texniki, bədii, ictimai-siyasi sahələri əhatə etməklə Azərbaycan, rus və ingilis dillərindədir.

Ümumilikdə sərgidə 114 adda kitab, 26 adda avtoreferat və dissertasiya, 19 adda jurnal yer alıb.

Eyni zamanda, universitetin professor-müəllim və tələbə heyətinə Azİİ e-Kitab Evinin giriş imkanları olan beynəlxalq elektron bazalar və onların resursları haqqında məlumat verilir.

Xəbər lenti