Logo

Tanınmış gürcüstanlı pianoçu Heydər Əliyev Mərkəzində çıxış edəcək

16.09.2023 22:00 206 baxış
IMG

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadzenin Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konserti olacaq.

Tehsil.biz xəbər verir ki, konsert Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Xəbər lenti