Logo

Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında memorandum imzalanıb

16.09.2023 22:22 282 baxış
IMG

Sentyabrın 15-də Özbəkistan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tehsil.biz xəbər verir ki, sənəd Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muzeyinin direktoru Vasila Fayziyeva tərəfindən imzalanıb. Tərəflər dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək, bu sazişin muzeylər arasında gələcək əlaqələrin inkişafına, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.

5 il müddətinə imzalanan memorandum iki nüfuzlu muzey arasında elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, birgə sərgilərin təşkili, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.

Xəbər lenti