Logo

BANM tələbəsi “Huawei”in beynəlxalq müsabiqəsinin qalibi olub - FOTO

16.09.2023 23:03 206 baxış
IMG

SOCAR-ın Bakı AIi Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Azər Sadıxzadənin kapitanı olduğu “Vision Eye” komandası Çinin “Huawei” şirkətinin Qətərin Doha şəhərində keçirdiyi “Gələcəyin toxumları” (Seeds for the Future) yarışında uğur qazanaraq növbəti mərhələyə keçib.

Tehsil.biz xəbər verir ki, komanda layihə çərçivəsində keçirilən “Tech4Good” müsabiqəsinin birinci mərhələsində iştirak edib və qalib olub. Onlar Dubayda keçirilən növbəti mərhələdə daha böyük auditoriyada ölkəmizi təmsil etmək imkanı əldə ediblər.

Komanda bu mərhələdə də uğur qazanarsa, yanvar ayında keçirilən sonuncu - final mərhələsində iştirak edəcək.

Eyni zamanda, BANM-in tələbəsi Azər Sadıxzadə Qətərdə “Huawei” şirkətinin “Seeds Of The Future Alumni” sertifikatına və akademik nəticələrə görə şirkətin xüsusi hədiyyələrinə layiq görülüb. 

Qeyd edək ki, Azər informatika fənni üzrə Respublika fənn olimpiadasının ikiqat qalibidir və BANM-ə müsabiqədənkənar daxil olub.

“Huawei” şirkətinin keçirdiyi “Gələcəyin toxumları” (Seeds for the Future) yarışı 3 mərhələdən ibarətdir. Qaliblərin Çinin Şenzen şəhərində yerləşən “Huawei”in Baş ofisinə səfərləri nəzərdə tutulub.

Xəbər lenti