Logo

Azİİ e-Kitab Evinə “Akademik jurnallar” bazasına giriş imkanı verilib

18.09.2023 10:54 231 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e- Elektron Kitab Evinin oxucularına sentyabr-noyabr ayları üçün “Akademik jurnallar” (Academindex) verilənlər bazasında olan jurnallardan ödənişsiz istifadə imkanı təqdim edilib.

Bu barədə "Tehsil.biz"ə Azİİ e-Kitab Evindən məlumat verilib.

Bildirilib ki, “Academindex” dünyanın müxtəlif ölkələrində elm, səhiyyə və sosial elmlər sahələrində nəşr olunan keyfiyyətli elmi jurnalları indeksləşdirən beynəlxalq indeksdir. Bu, təxminən 8 min jurnalda və 7 milyondan çox məqalədə mövzular, açar sözlər, müəlliflər, sitatlar və biblioqrafiya üçün axtarış edilə bilən müasir məlumat bazasıdır.

“Academindex” elmi jurnalları müntəzəm olaraq nəzərdən keçirir və qiymətləndirir; tədqiqatçılara elmi dünyaya töhfə verən jurnallarda dərc olunan məqalələrə çıxış imkanı yaradır. “Academindex” 2023-cü ilə qədər 8 minə yaxın keyfiyyətli elmi jurnalı indeksləşdirib.

Xəbər lenti