Logo

“Kimya fənninin məzmununa dair yeniliklər” mövzusunda vebinar keçiriləcək

18.09.2023 11:32 353 baxış
IMG

Sentyabrın 20-də Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Kimya fənninin məzmununa dair yeniliklər” mövzusunda vebinar keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vebinarda spiker qismində kimya kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri Elşad Abdullayev, Elmar İmanov və Lamiyə Məsmalıyeva çıxış edəcəklər.

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti