Logo

Dendrologiya İnstitutu Belarus Baş Botanika Bağı ilə əməkdaşlıq edəcək

18.09.2023 14:00 73 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb. Sənədi Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının direktoru Fyodor Privalov və Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova imzalayıblar.

Dendrologiya İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.

İki ölkənin elmi-tədqiqat institutları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

Xəbər lenti