Logo

BDU-nun TGT üzvləri intellektual yarışda qalib olublar

18.09.2023 14:43 229 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Birlik” intellektual yarışında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Yasamal rayonunu təmsil edən BDU-nun TGT üzvləri 12 komanda ilə 3 turda davam edən yarışı birinciliklə başa vurublar.

Qaliblərə diplom və hədiyyələr verilib.

Xəbər lenti