Logo

Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

18.09.2023 23:07 203 baxış
IMG

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Federal Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti, Özbəkistan Elmlər Akademiyasının Seysmologiya İnstitutu, MDB üzv dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin birgə təşkilatçılığı ilə “Seysmoloji məlumatların müasir üsullarla emalı və təfsiri” mövzusunda XVII beynəlxalq seysmoloji konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları iştirak ediblər. RSXM-nin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Azərbaycanda tikinti sahələrində seysmik effektin dəqiqləşdirilməsi təcrübəsi”, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova “Bakı şəhəri ərazisinin seysmik təhlükə səviyyəsinin dəqiqləşdirilməsi məqsədilə mühəndisi-geoloji şəraitinin tədqiqi”, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin kiçik elmi işçisi Firuzə Mehdizadə “Bakı şəhərinin seysmik aktiv rayonlarında hidrogeoloji və geomorfoloji faktorlarının seysmik təhlükəyə təsiri” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda RSXM əməkdaşları təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli sertifikatları konfransda iştirak edən RSXM əməkdaşlarına təqdim edərək onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Xəbər lenti