Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində silahlı şəxslər universitetin 35 tələbə və əməkdaşını qaçırıblar.
"Tehsil.biz"in xarici KİV-ə istinadən məlumatına görə, qaçırılanlar Qusau Federal Universitetinin tələbələridir.
Silahlılar yataqxanaya daxil olaraq tələbələri əsir götürüblər. Qaçırılanların əksəriyyəti qızlardır.