Logo

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumuna qeydiyyat aparılır

23.09.2023 15:16 285 baxış
IMG

Oktyabrın 5-də keçiriləcək Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumuna qeydiyyat davam edir. Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda reallaşacaq.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, qeydiyyat sentyabrın 25-nə qədər aparılacaq. Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

“Heydər Əliyev İli”nə həsr edilən forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur. “Daha təhsilli gələcək” devizi ilə Beynəlxalq Müəllimlər Günündə keçiriləcək forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti, real dünyanın təhsildən tələbləri və oxu savadlılığı mövzularını əhatə edəcək.

Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri professor Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq, Türkiyədə və İtaliyada bestseller müəllifi Azra Kohen çıxış edəcəklər. Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək.

Xəbər lenti