Logo

ADNSU kollektivi Xəzəri qoruyaq aksiyasına qoşulub - FOTOLAR

24.09.2023 15:56 482 baxış
IMG

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Xəzər dənizinin “Şıx” sahilində sahil təmizlik aksiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, “Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində təşkil edilən iməcilikdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə Xəzərin sahil zolağında 2 hektara yaxın ərazı bərk məişət və digər növ tullantılardan təmizlənib.

Ekoloji aksiya zamanı ətraf mühitin qorunmasının, o cümlədən Xəzər dənizinin, təbiətin mühafizəsinin hər kəsin ümdə vəzifəsi olması iştirakçıların diqqətinə çatdırılıb, “Xəzəri qoruyaq, təbiəti qoruyaq” adlı şüar səsləndirilib.

Qeyd edək ki, hər il sentyabr ayında ölkəmizdə “Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi ekoloji tədbirlər, o cümlədən iməciliklər təşkil edilir. Məqsəd dənizin, o cümlədən ətraf mühitin ekoloji cəhətdən saflığının qorunması, onun sərvətlərinin mühafizə olunması və ictimaiyyətin bu barədə daim maarifləndirilməsidir.

Xəbər lenti