Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin III-IV kurs tələbələri Səbinə Lətifli, Pəri Rzayeva, Şahin Məmmədov, Tarif Hüseynov, Nigar Quliyeva, Şahin Bayramlı, Könül Məmmədova, Arifə Sadıxova, Əli Mirzəyev, Səfər Əlizadə, Riyad Musayev, Ülviyyə Zeynallı, Elmira Sadıqzadə, Fəzilə Əliyeva, Gülüstan İsayeva, Vüsal Yavərli “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibi olublar.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, həmin tələbələr üçpilləli seçim mərhələsini uğurla başa vuraraq 2 min 137 müraciətçi arasından seçiliblər. 2023-2024-cü illəri əhatə edəcək təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.