Logo

Daha iki gün geomaqnit qasırğası olacaq

25.09.2023 12:24 260 baxış
IMG

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Bildirilib ki, günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir. 24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti