Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun iclası keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, iclasda “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri və digər qonaqlar iştirak ediblər.
İclasda “İnsan kapitalı” İşçi Qrupunun katibi Cabbar Hüseynli altqrupun “Yol xəritəsi”, altqrupa daxil olan yeni üzvlər və sonuncu iclasda qərara alınan məsələlər barədə məlumat verib.
Altqrupun rəhbəri Ülkər Səttarova “Yol xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin hesabatını təqdim edib.
İclasda altqrup üzvlərinin sualları cavablandırılıb və təkliflərin müzakirəsi aparılıb.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.