Təhsil İnstitutu tərəfindən “Ümumi təhsil müəssisələrində tərbiyə işinin təşkilinin nəzəriyyəsi və metodikası” adlı vəsait çap edilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, dərs vəsaitində təhsil müəssisələrində tərbiyə işinin təşkilinin elmi-nəzəri və pedaqoji-psixoloji əsasları, ümumi təhsil müəssisələrində sinif rəhbəri işinin təşkili, tərbiyə işində kollegial idarəetmə və özünüidarə, ümumi təhsil müəssisələrində təhsilalanların məktəbdənkənar tərbiyə işinin təşkili məsələləri və onların alt komponentləri sistemli şəkildə işlənilib.
Vəsait pedaqojiyönümlü ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan bakalavrlar, magistrantlar, ümumtəhsil müəssisələrində çalışan tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), sinif rəhbərləri və tədqiqatçılar üçün nəzərdə tutulub.