Logo

2023-2024-cü tədris ili üzrə dual peşə təhsilinin əhatə dairəsi açıqlanıb

26.09.2023 16:19 250 baxış
IMG

2023-2024-cü tədris ili üzrə dual peşə təhsilinin əhatə dairəsi açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, dual peşə təhsili Bakı, Sumqayıt, İsmayıllı, Kürdəmir, Qəbələ, Şəki, Qax, Gəncə, Göygöl, Neftçala, Cəlilabad və Lənkəranda tədris edilir.

İyirmi peşə təhsili mərkəzində proqram üzrə 48 qrupda 872 tələbə təhsil alır.

Dual peşə təhsili turizm, xidmət, sənaye, İKT, kənd təsərrüfatı, mədəniyyət və sənətkarlıq, iaşə sahələri üzrə 22 ixtisasda tədris olunur.

Proqrama müxtəlif istiqamətlər üzrə 100 işəgötürən cəlb edilib.

Xəbər lenti