Logo

BDU-da Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir

27.09.2023 13:21 111 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, dərslərdə müəllimlər tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən və şücaətindən bəhs edilib.

Xüsusi dərslərdə həmçinin bu il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğu, suverenliyimizin tam təmin olunduğu və Azərbaycanın qəhrəman oğullarının bu şanlı tarixi öz qanları ilə yazdıqları vurğulanıb.

Xəbər lenti