Logo

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib - FOTO

27.09.2023 18:00 228 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə birgə yerinə yetirdiyi ikili diplom proqramında təhsil alan 1-ci kurs tələbələrinin "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiyası təşkil edilib.

Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı tələbələrə Azərbaycan energetikasının və Yarımstansiya Muzeyinin tarixi haqqında məlumat verilib. 

Tələbələr muzeydə XIX əsin sonlarında və XX əsrin əvvəllərində istehsal olunan, uzun müddət istismarda olmuş yarımstansiya avadanlıqları və ilk Elektrik Stansiyasının dispetçer idarəetmə sistemi ilə tanış olublar.

Qeyd edək ki, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul olunan azərbaycanlı və türkiyəli tələbələr iki il AzTU-da, iki il Qazi Universitetində təhsil alacaqlar.

Xəbər lenti