Logo

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

27.09.2023 18:50 189 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “27 Sentyabr - Anım Günü” adlı kitab sərgisi təşkil edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizə həsr olunmuş 50-yə yaxın kitab yer alır.

Nümayiş olunan kitablar sırasında 2021-ci ildə BDU tərəfindən nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı nəşrlər oxucular tərəfindən böyük marağa səbəb olub.

Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti