Mingəçevirdə yaşayan müəllim maraqlı hobbisi ilə hər kəsin diqqətini çəkir.
Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, Almaz Məmmədova 30 ildir ki, ona müxtəlif dövrlərdə yazılmış dəvətnamələri qoruyub saxlayır.
O, kolleksiyasına minə yaxın dəvətnamə yığa bilib. Kolleksiyalar arasında doğmalarının, onların övladlarının, hətta nəvələrinin şad günlərinin tarixini bildirən dəvətnamələr var.
Dəvətnamələr içərisində 1975, 1981 və 1987-ci illərdə yazılanlar fərqli formaları ilə daha çox seçilir. Bəziləri ölçüsünə görə açıqcaları xatırladır.
Almaz Məmmədova kolleksiyasına mərasim dəvətnamələrini də əlavə edib.
Mingəçevir sakini dəvətnamə kolleksiyasını genişləndirməyi düşünür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: