Logo

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

27.09.2023 21:26 154 baxış
IMG

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalova Belarus Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransında iştirak edib.

Botanika İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, konfransın plenar iclasında Aydan Zeynalova “Ətraf mühitin yabanı nar bitkisində ikincili metabolitlərin toplanmasına təsiri” mövzusunda onlayn çıxış edib. Çıxışın sonunda gənc alim beynəlxalq sertifikata layiq görülüb.

Qeyd edək ki, bir sıra ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfrans öz işini 5 seksiyada sentyabrın 29-dək davam etdirəcək.

Xəbər lenti