Logo

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

27.09.2023 23:54 267 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun baş direktoru akademik Arif Həşimov qonaqlara elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri haqqında məlumat verib.

Daha sonra icraçı direktor Pal Zoltan Bite şirkət haqqında danışıb. Onun sözlərinə görə, “VİBROCOMP” 40 ildir ki, ətraf mühitin qorunması üçün müxtəlif tədbirlər görür, şirkət tərəfindən layihələndirmə işləri aparılır, “ağıllı” şəhərciklər salınır, müvafiq standartlara cavab verən sistemlər quraşdırılır. O, şirkətin təkcə Macarıstanda deyil, Rumıniya, Fransa və Avropanın digər ölkələrində, habelə Orta Asiyada və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın bir neçə şəhərində, həmçinin Qarabağda şəhərsalma işlərində iştirak etməyi nəzərdə tutduqlarını qeyd edib.

Sonda Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti arasında anlaşma memorandumu imzalanıb. Memorandum sıx beynəlxalq əlaqələrin qurulması, kommersiya və elmi-tədqiqatlar sahəsində qarşılıqlı əldə edilən nəticələrin tanınması məqsədi daşıyır. Sənəddə elmi proqramların mübadiləsi üçün mühitin yaradılması, fundamental və tətbiqi elmin kommersiyalaşdırılması üçün araşdırma proqramları üzrə əməkdaşlıq, birgə araşdırma və inkişaf mərkəzi, həmçinin mükəmməllik mərkəzinin yaradılması və s. fəaliyyətlər nəzərdə tutulur.

Xəbər lenti