2023/2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Onlardan 8 nəfəri Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, 5 nəfər Çin Xalq Respublikası, 2 nəfər Qazaxıstan Respublikası, 1 nəfər Tacikistan Respublikası vətəndaşı BDU-da təhsil imkanı əldə edib.