Logo

Nazirlik rəsmisi buraxılış və qəbul imtahanlarında sualların məzmunundan danışıb

28.09.2023 12:42 129 baxış
IMG

"Son zamanlar məktəblərə göndərilən qiymətləndirmə barədə təlimatlarımızda da qeyd olunub ki, qapalı test tapşırıqları yeganə qiyməyləndirmə vasitəsi deyil".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, test tapşırıqları bütün fənlərə müvafiq deyil:

"Qapalı testlərlə şagirdin biliyi 60-70 faiz qiymətləndirildiyi üçün, açıq tipli suallara ehtiyac yaranır. Bu suallarla şagirdin yazı işi, şifahi nitqi qiymətləndirilir".

Vəfa Yaqublu buraxılış və qəbul imtahanlarında sualların məzmunu haqda da danışıb.

“Bu suallar şagirdin baxış bucağını və öyrəndiklərini həyata tətbiqini hansı formada başa düşdüyünü ölçən suallardır”, - V.Yaqublu bildirib.

Xəbər lenti