Logo

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub - FOTO

28.09.2023 21:13 239 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.

Tehsil.biz xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.

Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.

 

Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoydu.

Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvər ruhda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Hər cür şəraitə malik uşaq bağçalarının inşası Azərbaycan dövlətinin gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını bir daha sübut edir. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına da əlavə rəng qatır.

Xəbər lenti