Logo

Türkiyə mediası: “Türk Dili Günü ilk dəfə Türkiyədən kənarda qeyd olundu” - FOTO+VİDEO

28.09.2023 22:44 351 baxış
IMG

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”na qardaş ölkənin mediası geniş yer verib.

"Tehsil.biz"in məlumatına görə, Türkiyənin məşhur “Yeni akit” qəzeti, “turkiyegazetesi”, “yesiligdir”, “haberiniz.com”, “kastamonuguncel”, “adanamasasi.com”, “liderhaber.com.tr”, “habermakedonya.net”, “taskoprupostasi.com”, “gapolaygazetesi”, “aciksoz.com.tr, “gazetekars.com”, “benguturk.com”, “Ersin Turan” Youtube kanalı və digər saytlarında Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərindən danışılıb, “Türk Dili Günü”nün ilk dəfə Türkiyədən kənarda qeyd olunduğu oxucuların diqqətinə çatdırılıb.

Xəbər lenti