Logo

Bakı Musiqi Akademiyasının rektoru və kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

08.10.2020 09:58 548 baxış
IMG

Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilib. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

Tehsil.biz xəbər verir ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru və kollektivi öz növbəsində Azərbaycan Ordusuna dəstək olaraq, Silahlı Qüvvələrin Yardım Fonduna 10 min AZN məbləğində vəsait köçürüb.

Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Xəbər lenti