“ARB 24” telekanalının direktoru Radik İsmayılov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I kurs tələbələri ilə görüşüb.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tanınmış jurnalist tələbələrə müasir jurnalistikanın yeni yaradıcılıq trendləri, təməl prinsipləri, televiziya jurnalistikasının özəllikləri, televiziya aparıcısının iş xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Qonaq eyni zamanda BDU və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı barəsində də tələbələri məlumatlandırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.