Logo

UNEC-in qalib olduğu qrant layihəsinin təqdimatı keçirilib

30.09.2023 12:56 121 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması” adlı qrant layihəsinin müzakirəsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov qrant müsabiqəsi barədə məlumat verərək, bu cür layihələrin elmin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

Tədbirdə Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov təqvim planı üzrə layihənin icra olunduğunu və yekun hesabatın donora təqdim edildiyini bildirib.

Layihə rəhbəri dosent Afaq Hüseyn qrantın məqsədi, həyata keçirilən araşdırmanın istiqaməti və nəticələri barədə məlumat verib. O bildirib ki, layihədə rəqəmsal təhsil məhsullarının satış həcminin ümumi daxili məhsula və müəlliflərin gəlirlərinə təsirini müəyyən etmək vəzifə kimi qarşıya qoyulub. Layihə çərçivəsində “Scopus” bazasına daxil olan jurnallarda 2 elmi məqalə çap olunacaq, e-ders.az saytı isə rəqəmsal təhsil məhsullarının alqı, satqı və mübadiləsinin onlayn həyata keçirilmə mexanizmi kimi təqdim edilib.

Sonda iştirakçılara e-ders.az saytına dair videoçarx göstərilib, suallar cavablandırılıb.

Xəbər lenti