Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.
Tehsil.biz-in məlumatına görə, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.
Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.